BAKI, 26 dekabr — Sputnik. Artıq çəkili insanlar özlərini arıqlardan xoşbəxt hiss edirlər. Sputnik Azərbaycan-ın məlumatına görə, Bristol universitetinin alimləri 37-73 yaş arası 500 min britaniyalı barədə məlumatı təhlil etdikdən sonra bu qərara gəliblər.
Alimlər görüblər ki, artıq çəkili insanlar daha sakitdirlər və daha az əsəbiləşirlər.
Tədqiqatçıların fikrincə, qida ilə bağlı məhdudiyyətləri olan insanlar neqativ emosiyaların öhdəsindən daha pis gəlirlər. Eyni zamanda özünə bu məsələdə məhdudiyyət qoymayanlar psixoloji cəhətdən daha davamlı olurlar.