BAKI, 25 dekabr — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp və xanımı Melania Tramp Milad öncəsində azyaşlı uşaqların telefon zəngini cavablayıblar. Balacalar prezidentə və onun xanımına yeni ildə nələr gözlədiklərini və arzu etdiklərini çatdırıblar.
Amerikalı uşaqların yarıdan çoxu 2018-ci ildə dünyada sülh olmasını, atalarının müharibə bölgələrinə getməməsini istəyib. Prezident Donald Tramp onlara cavabında özünün də sülh istədiyini söyləyib.
Ağ Ev rəhbəri azyaşlılarla söhbətindən sonra dünyanın fərqli bölgələrində qulluq edən amerikalı əsgərlərlə telefon əlaqəsi yaradıb. Tramp hərbçiləri müjdələyərək, Amerikanın bütün sahələrdə digər dövlətlərə qalib gəldiyini deyib.
Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir ki, bu ənənə 1955-ci ildən bugünədək ABŞ-da davam edir.