SSRİ-nin ilk və sonuncu prezidentinin istefasi

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidБывший президент СССР Михаил Горбачев
Бывший президент СССР Михаил Горбачев - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın ən ağır problemi olan Qarabağ münaqişəsi də məhz Qorbaçovun hakimiyyəti dövründə başlayıb və hələ də davam edir...

BAKI, 25 dekabr — Sputnik. SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov 1991-ci il dekabrın 25-də vəzifəsindən istefa verib. Sputnik Azərbaycan xəbər verir ki, bununla da SSRİ dövləti hüquqi cəhətdən süqut edib.

Azərbaycan vətəndaşlarının Qorbaçova münasibəti birmənalıdır. Qeyd edək ki, 1990-cı il yanvarın 20-də Bakıda törədilən faciənin əsas təşkilatçısı kimi Mixail Qorbaçovun adı çəkilir. Çünki Bakıya qoşun yeridilməsi əmrini o verib. Sonralar "Həyat və islahatlar" kitabında bu hadisəyə münasibət bildirərək belə yazıb: "1990-cı ilin yanvarında çoxlu sayda bakılının həyatı yarımçıq qırıldı. Bu ağırdır, çox ağırdır… Bu faciəli hadisədən dərs götürdüm…"

Azərbaycanın ən ağır problemi olan Qarabağ münaqişəsi də məhz Qorbaçovun hakimiyyəti dövründə başlayıb və hələ də davam edir…

Xəbər lenti
0