Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda bu pulköçürmə sisteminin fəaliyyəti dayandırıldı

© Sputnik / Murad OrujovABŞ dolları və azərbaycan manatı, arxiv şəkli
ABŞ dolları və azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda xarici pulköçürmə sisteminin fəaliyyəti dayandırılıb

BAKI, 25 dekabr — Sputnik. Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən pul köçürmə sistemləri və onların təqdim etdikləri xidmətləri təhlil edərək onların etibarlılığına və təhlükəsizliyinə nəzarəti davam etdirir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Palatanın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, nəzarət tədbirləri çərçivəsində işğal altında olan ərazilərdə qeyri-qanuni formada fəaliyyət göstərən pulköçürmə sistemləri də diqqət mərkəzində saxlanılır. Palatanın apardığı araşdırmalar nəticəsində “MoneyPolo” pul köçürmə sisteminin beynəlxalq hüquqi normalarını və ölkəmizin ərazi bütövlüyünü tanımayaraq işğal altında olan ərazilərinə qeyri-qanuni formada pul köçürmələrini həyata keçirməsi, bunun çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsində mühüm vasitə ola biləcəyi müəyyən edilib.

Qeyd olunanlar nəzərə alınaraq ölkədə fəaliyyət göstərən banklara və “Azərpoçt” MMC-yə bu pul köçürmə sistemi ilə işgüzar münasibətlərin dayandırılması ilə bağlı tapşırıq verilib.

Xəbər lenti
0