Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avtobus yeraltı metro keçidinə düşdü: 5 ölü, 15 yaralı

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidАвтомобиль скорой медицинской помощи на улице Москвы, фото из архива
Автомобиль скорой медицинской помощи на улице Москвы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Moskvanın qərbində qeyri-adi avtobus qəzası baş verib

BAKI, 25 dekabr — Sputnik. Moskvanın qərbində baş verən qeyri-adi avtobus qəzası nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, insident günorta saatlarında Mojaysk şossesində baş verib. Avtobus bir qrup adamı vuraraq yeraltı keçidə yan alıb.

İlkin məlumata görə, avtobus qəfildən idarəetməni itirərək "Slavyan bulvarı" metrosunun girişinə doğru hərəkət edib və pilləkənlərlə üzüaşağı düşüb. Bu zaman pilləkənlərdə olan vətəndaşları əzib. 

ABŞ-da ağır qəza - Sputnik Azərbaycan
ABŞ-da ağır qəza: qatar maşınların üstünə aşdı – VİDEO

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, həmin avtobus "Skolkovo" innovasiya mərkəzinə qədər gedən marşrut üzrə hərəkət edirmiş. İnsidentdən əvvəl avtobus Kutuzov prospektində, "Okeaniya" Ticarət Mərkəzinin əks tərəfində, "Slavyan bulvarı" metrosunun yaxınlığında imiş. Bir anlıq maşın hərəkətə gələrək naməlum səbəbdən sürətlə prospektdəki yeraltı keçidin pilləkənlərinə tərəf yan alıb.

Məlumatlı mənbə 5 nəfərin öldüyünü qeyd etsə də, rəsmi qurumlar 4 nəfərin öldüyünü təsdiqləyib. Moskva Aviasiya Mərkəzinin nümayəndəsi bildirib ki, hadisə yerinə üç təcili yardım helikopteri cəlb olunub.

Avtobusun sürücüsü qəzadan sağ qurtulub. Polis onu saxlayıb.

"Sürücü saxlanılıb, onu hadisəni daha detallı araşdırmaq üçün polis şöbəsinə aparıblar" — deyə mənbə bildirib.

"Mostransavto"-dan bildiriblər ki, sürücü 2000-ci ildən həmin təşkilatda işləyir və Rusiya vətəndaşıdır. Qəza anında sürücü ayıq vəziyyətdə olub. Hazırda yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazidə Rusiya İstintaq Komitəsinin əməkdaşları işləyir. 

Сотрудники ДПС в Баку - Sputnik Azərbaycan
Yol polisi paytaxtda qəza törətdi

Moskva rəhbərliyi hadisənin terror aktı olma ehtimalını heç yerdə səsləndirməyib və bunun adi qəza olduğu qənaətindədir.

Bununla yanaşı sosial şəbəkələrdə avtobusun yeraltı keçidə daxil olma anının qeydə alındığı videogörüntülər yayılıb. Kadrlarda avtobusun Kutuzov prospektindəki dayanacaqda dayandığı görünür. Hansısa məqamda maşın hərəkətə başlayır və düzünə deyil, sərt diaqonal üzrə hərəkət edərək sürətlə keçidə yan alır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müxtəlif versiyalar üzərində işləyirlər. Hələlik qəzanın nəqliyyat vasitəsindəki texniki nasazlıq ucbatından baş verdiyi ehtimalı yüksəkdir.

İlkin versiyaya görə, avtobusun əyləc sistemində nasazlıq baş verib.

Xəbər lenti
0