BAKI, 14 dekabr — Sputnik. Bakıda yol polisi qəza törədib. Sputnik Azərbaycan qafqazinfo-ya istinadla xəbər verir ki, bu gün səhər saatlarında DYP avtomobili qəza törədib. Hadisə saat 05:20 radələrində Zərifə Əliyeva küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində baş verib.
1987-ci il təvəllüdlü Samir Bənziyevin idarə etdiyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus "BMW" markalı 99 YP 453 nömrəli avtomobil işıqforda dayanan, 1989-cu il təvəllüdlü Rüstəm Allahverdiyevin idarə etdiyi "Opel" markalı, 90 GT 630 nömrəli avtomobili arxadan vurub.
Qəza nəticəsində ağır xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.