Qrenlandiyada əriyən buzlar ABŞ-ın gizli silahlarını ortaya çıxarıb

© AFP 2023 / JOHN SONNTAG / NASA Qrenlandiya
Qrenlandiya - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın illər əvvəl Qrenlandiyada inşa etdiyi nüvə bazası buzların əriməsiylə ortaya çıxa və tonlarla kimyəvi maddə sulara qarışa bilər

BAKI, 25 dekabr — Sputnik. ABŞ-ın illər əvvəl Qrenlandiyada inşa etdiyi nüvə bazası buzların əriməsiylə ortaya çıxa və tonlarla kimyəvi maddə sulara qarışa bilər.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, bölgə üzərində araşdırma aparan mütəxəssislər qlobal istiləşmə səbəbilə Qrenlandiyadakı böyük buzlaq kütləsinin çökməsi ilə gizli nüvə təbəqəsində də tənəzzül baş verəcəyini bildiriblər.

"Soyuq müharibə" zamanında burada 200 nəfərlik bir qrup tərəfindən nüvənin gücü ilə şəhər inşa edilib. Şəhərin altında 4000 kilometr uzunluğundakı tuneldə SSRİ-yə qarşı istifadə edilmək üçün 600 ədəd balistik raket yerləşdirilib. "Soyuq müharibə" dövründə hökumətlərin gizli işlərinin ən böyük dəlillərini ehtiva edən şəhər, buzlaqların altında sirrini qoruyur.

Tədqiqatçılar sonradan bu barədə biliblər. 1967-ci ildən sonra şəhər tərk edilib.

Xəbər lenti
0