CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dollarla bağlı tələsik qərar: Banklar məzənnələri dəyişdirdi

© Sputnik / Murad OrujovBeynəlxalq Bankın Mətbuat filialı qarşısında növbə
Beynəlxalq Bankın Mətbuat filialı qarşısında növbə - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi məzənnənin sabit qalmasına baxmayaraq, bu gün ölkə banklarında dolların manata nisbətdə məzənnəsi qalxıb

BAKI, 25 dekabr — Sputnik. Dekabarın 25-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi dekabrın 22-si ilə müqayisədə dəyişməyərək 1,7001 manat olub. Dekabrın 22-də rəsmi olaraq 1 dollar 1,7001 manata bərabər idi.

Денежные купюры Азербайджана и США - Sputnik Azərbaycan
Yeni valyuta məzənnələri

Rəsmi məzənnənin sabit qalmasına baxmayaraq, bu gün ölkə banklarında dolların manata nisbətdə məzənnəsi ötən günlə müqayisədə xeyli artıb. Sputnik Azərbaycan əməkdaşının apardığı müşahidəyə görə, bu gün səhər saat 10.00-a qədər "Bank Respublika"-da 1 dolların satış qiyməti 1.7030 olduğu halda, saat 10:00-dan sonra 1.7050 AZN olub.

Dolların satış qiymətində artım Azərbaycan Beynəlxalq Bankında da müşahidə edilib. Səhər saat 10:00-a qədər bu bankda dolların satış qiyməti 1.7040 AZN olsa da, sonra artaraq 1.7050 olub.

Analoji tendensiya "Expressbank"-da da müşahidə edilib. Günə dollar satışını 1.7045 AZN-lə başlayan bank saat 10.00-dan sonra qiyməti qaldıraraq 1.7050 AZN edib.

Əməkdaşımız sözügedən banklarda dollar almağa gələn vətəndaşların sayında da artım müşahidə edib. Vətəndaşlar "DəmirBank"-ın bağlanmasından sonra təşvişə düşərək Yeni il baryamı günlərində dolların məzənnəsinin manata nisbətdə qalxacağını güman edirlər. Bankların dolların alış və satış qiymətlərini qaldırması isə vətəndaşları daha da tədirgin edir.

Xatırladaq ki, dekabrın 23-də "DəmirBank" Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv edilib.

Xəbər lenti
0