BAKI, 25 dekabr — Sputnik. ABŞ BMT-nin maliyyələşdirilməsində ixtisara gedəcəyini açıqlayıb. Tramp Administrasiyası 2018-2019-cu illərdə BMT-nin maliyyələşdirilməsinə ayırılan vəsaitin 285 milyon dollar azaldılması barədə qərar qəbul edib.
Sputnik xəbər verir ki, məlumatı Amerikanın BMT-dəki daimi nümayəndəsi Nikki Haley açıqlayıb. "Biz vətəndaşlarımızın səxavətindən sui-istifadə edilməsinə icazə verə bilmərik" — xanım diplomat vurğulayıb.
Qeyd edək ki, BMT-nin illik büdcəsinin 22 faizini, yəni 3 milyard dollardan çoxunu Amerika Birləşmiş Ştatları formalaşdırır.