Trampın müsəlmanları qəzəbləndirən qərarı ləğv edildi

© REUTERS / Yuri GripasПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-dakı şəxslərlə qohumluğu və ya strukturlarla əlaqələri olan qaçqınlar istisna təşkil edirlər

BAKI, 24 dekabr — Sputnik. ABŞ-ın Sietl məhkəməsi prezident Donald Trampın ölkəyə bir sıra dövlətlərdən (əsasən müsəlman dövlətlərindən) qaçqınların girişini qadağan edən fərmanını qismən ləğv edib. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Hakim Ceyms Robartın qərarında bildirilir ki, ABŞ-dakı şəxslərlə qohumluğu və ya strukturlarla əlaqələri olan qaçqınlar istisna təşkil edirlər.

Prosesdə Vətəndaş Azadlıqlarının Amerika İttifaqı və Yəhudi Ailələrinə Xidmət iddiaçı qismində çıxış edib.

Dekabrın əvvəllərində məhkəmə Trampın altı ölkə vətəndaşları barəsində miqrasiya fərmanının tətbiqinə icazə verib.

Xəbər lenti
0