Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Məmmədov: “Mərkəzi Bankın uçot dərəcəsi yüksəkdir”

Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov deyir ki, banklarının kredit portfelləri bir çox hallarda istehlak kreditləri kimi iqtisadiyyat üçün problemli ola bilən seqmentlərə yönəldib

Elşad Məmmədov: “Yeni yaradılan Fondun üzərinə ciddi məsuliyyət düşür”
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb. Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Fondun yaradılması Azərbaycanda makroiqtisadi proseslərin dayanıqlı inkişafı istiqamətində atılan mühüm addımdır: 

“Ölkə iqtisadiyyatının ən mühüm struktur problemlərindən biri məhz bank-maliyyə sektoru, kredit resurslarına real sektorun çıxışındakı problemlər ilə bağlı idi. Təəssüf ki, banklarının kredit portfelləri bir çox hallarda istehlak kreditləri kimi iqtisadiyyat üçün problemli ola bilən seqmentlərə yönəlmişdi”. 

Xəbər lenti
0