CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni "iPhone" sahiblərinə daha bir pis xəbər

© AFP 2024 / Chris J RatcliffeСмартфон iPhone X
Смартфон iPhone X - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar hər dəfə "Apple ID" şifrəsini daxil etməli olurlar

BAKI, 24 dekabr — Sputnik. "Apple" şirkətinin yeni məhsulu olan "iPhone X" sahibləri smartfonda növbəti problemlə üzləşdiklərini bildiriblər. Sputnik Azərbaycan "Ars Technica"ya istinadən xəbər verir ki, smartfon sahibləri "Face ID"nin köməyi ilə alış-veriş edə bilmirlər.

Barmaq izi ilə işləyən köhnə "iPhone" sahibləri, məsələn, uşaqlarının digər qurğu vasitəsiylə etdiyi alışı "Touch ID"nin köməyilə təsdiq edə bilirlər. Amma insanı üzdən tanıyan "iPhone X" sahibləri bu imkandan məhrumdurlar. Onlar hər dəfə "Apple ID" şifrəsini daxil etməli olurlar.

"Ars Technica" güman edir ki, bu məhdudiyyət telefonda bundan əvvəl meydana çıxan problemlə bağlıdır. Məsələ ondadır ki, noyabrda 10 yaşlı uşağın "Face ID" vasitəsiylə anasının "iPhone X" telefonunu aça bildiyi məlum olub. Hansı ki, sistem əvvəlcədən onun üzünün tanınmasına ayarlanmayıbmış. Görünür, proqramçılar başqasının sizin telefonunuzu aça biləcəyi ehtimalını nəzərə alaraq məhdudiyyət tətbiq ediblər.

"Apple" hələlik məsələ ilə bağlı şərh verməyib.

Xəbər lenti
0