CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev yaşayış binasının təməlqoyma mərasimində iştirak edib

© AZƏRTACPrezident İlham Əliyev Ağcabədi Olimpiya İdman Kompleksinin açılış mərasimində
Prezident İlham Əliyev Ağcabədi Olimpiya İdman Kompleksinin açılış mərasimində - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev yaşayış kompleksində inşa ediləcək ilk binanın təməlini qoyub

BAKI, 24 dekabr — Sputnik. İlham Əliyev MİDA-nın Hövsan yaşayış kompleksində ilk binanın təməlqoyma mərasimində iştirak edib.

Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan Hövsan yaşayış kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlqoyma mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev dövlətimizin başçısına layihə barədə məlumat verib. Prezident İlham Əliyev yaşayış kompleksində inşa ediləcək ilk binanın təməlini qoyub.

Sonda xatirə şəkli çəkdirilib.

Xəbər lenti
0