BAKI, 23 dekabr — Sputnik. Qazaxıstanın Astana şәhәrindә keçirilәn Suriya üzrə danışıqların 8-ci mərhələsindә Rusiya, Türkiyə vә İran Suriyanın minalardan təmizlənməsi və məhbusların sərbəst buraxılması ilə bağlı sənəd qəbul edib.
Sputnik xəbər verir ki, bu barədə zamin ölkələrin bəyanatında qeyd olunub. Bəyanat zirvə toplantısının yekun iclasında oxunub.
İran, Türkiyə və Rusiya heyətləri Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresinin tarixini də müəyyənləşdirib.
Konqres 2018-ci il 29-30 yanvar tarixlərində keçiriləcək.