BAKI, 23 dekabr — Sputnik. "Rusiya heç kimlə qarşıdurma axtarmır". Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin "Vahid Rusiya" Partiyasının qurultayında danışıb.
"Biz bütün gücümüzü xarici təhdidlərdən, terrorizmdən qorunmağa yönəltmişik. Xarici siyasətdə açıq və səmimi siyasətimizi davam etdirəcəyik" – dövlət başçısı vurğulayıb.
Putin, həmçinin qeyd edib ki, Rusiya heç vaxt öz maraqlarını ikinci plana atmayacaq.