BAKI, 23 dekabr — Sputnik. Hindistanın Madhya-Pradeş ştatında qəribə hadisə yaşanıb. Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir ki, Huma Bay adlı qadın bir ilə yaxın müddətdə qarnındakı kəskin ağrılardan əziyyət çəkib.
© Photo : Caters News AgencyHuma Bay əməliyyatdan sonra
Huma Bay əməliyyatdan sonra
© Photo : Caters News Agency
Nəhayət o, ağrılara dözməyərək xəstəxanaya üz tutub. Xəstəxanaya gedən 44 yaşlı Huma Bayı müayinə edən həkimlər onun öd kisəsində çoxlu daş olduğunu aşkarlayıblar.
© Photo : Caters News AgencyHuma Bayın öd kisəsindən çıxarılmış daşlar
Huma Bayın öd kisəsindən çıxarılmış daşlar
© Photo : Caters News Agency
Əməliyyat başlanıb və onun öd kisəsindən irili-xırdalı 148 daş çıxarılıb.
Həkimlərin dediyinə görə, bu qədər daş Huma Bayın həddən artıq yağlı yeməklər yeməsi nəticəsində yaranıb.