BAKI, 23 dekabr — Sputnik. “SpaceX” və “Tesla”nın yaradıcısı İlon Mask Mars planetinə göndərəcəyi avtomobilin fotosunu yayımlayıb. Sputnik Azərbaycan xəbər verir ki, Mask “Falcon Heavy” raketi ilə kosmosa yola salacağı avtomobilin görüntüsünü “Instagram”da dərc edib.
Mask Marsa şəxsi avtomobili “Tesla Roadster”i göndərmək niyyətindədir. “SpaceX” şirkəti ağır “Falcon Heavy” raketini ilk dəfə 2018-ci ilin yanvarında kosmosa göndərmək niyyətindədir. Raketin sınağı 2017-ci ilin sentyabrında başa çatıb.
Raket Yer ətrafı orbitə 63 ton, Marsa isə 17 ton yük çatdırmaq qabiliyyətinə malikdir.