BAKI, 23 dekabr — Sputnik. “Çin 1967-ci il sərhədləri ölçüsündə paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin müstəqilliyini və suverenliyini dəstəkləyir”.
Sputnik Azərbaycan "Haberler"-ə istinadən xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vang Yi Fələstin lideri Mahmud Abbasın xüsusi nümayəndələri ilə Pekində keçirdiyi görüşdə bildirib.
Nazir Vanq Yi BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmaması barədə qətnamə haqda da danışıb. O deyib ki, bu qətnamə Yaxın Şərqdə sülh prosesinin sürətləndirilməsi üçün bir mesaj xarakteri daşıyır.