BAKI, 23 dekabr — Sputnik. Paytaxt sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1987-ci il təvəllüdlü İsmayılov Şakir Bakir oğlu su hovuzuna düşərək boğulub.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana gələrək vətəndaşın meyitini hovuzdan çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.