BAKI, 23 dekabr — Sputnik. Dünən axşam saatlarında Abşeron rayonunda sərnişin avtobusu yeniyetmə qızı vurub. Sputnik Azərbaycan APA-nın məlumatına görə, hadisə Masazır dairəsi yaxınlığında baş verib.
Belə ki, 2001-ci il təvəllüdlü Abdullazadə Aytən Seyfəddin qızı yolu keçmək istəyən zaman 303 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı avtobus onun ayağının üstündən keçib. Nəticədə sol ayağından xəsarət alan yeniyetmə qız 1 saylı xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib.
Avtobusun sürücüsünün sözlərinə görə, 16 yaşlı Aytən qəfildən avtomobil yoluna daxil olduğu üçün nəqliyyat vasitəsini vaxtında saxlamaq mümkün olmayıb.
Hadisənin təfərrüatlarını Abşeron polisi araşdırır.