BAKI, 23 dekabr — Sputnik. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Fill Mudd Venesuelanın BMT-dəki Daimi Nümayəndəsi Samuel Monkada və Amerika İslam Əlaqələri Şurasının sədri Nihad Avad BMT-nin Qüds qətnaməsini televiziya proqramında müzakirə ediblər.
Sputnik Azərbaycan avropa.info-ya istinadən xəbər verir ki, ABŞ kəşfiyyatının keçmiş analitiki Mudd Trampın Qüds qərarını kəskin şəkildə tənqid edib. O, BMT-nin qəbul etdiyi qətnamənin ölkəsini gülünc vəziyyətə qoyduğunu deyib.
“Dünya bizə gülür. 128 ölkə bizə, axmaq olduğumuzu söylədi” – deyə Mudd bildirib.
Venesuelanın BMT-dəki Daimi Nümayəndəsi Samuel Monkada isə ABŞ-ın provokasiyaları dayandırmalı olduğunu deyib.
“Dünya satılıq deyil. ABŞ BMT-ni provokasiya etməyi dayandırmalıdır”.
Amerika İslam Əlaqələri Şurasının sədri Nihad Avad isə BMT-nin qərarının Trampa bir dərs olduğunu bildirib.