BAKI, 22 dekabr — Sputnik. “Həcc ziyarətindən iki ay sonra kiçik Həcc (Ümrə) ziyarətinə gedişlər başlayır. Noyabr ayının sonundan indiyədək Azərbaycandan iki qrup Ümrə ziyarətinə gedib”.
Sputnik Azərbaycan bildirir ki, bu barədə “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Nəcəfov bildirib.
O qeyd edib ki, yanvar ayı ərzində Azərbaycandan daha bir qrup kiçik Həcc ziyarətinə yollanacaq: “Fevral ayı üçün də gediş nəzərdə tutulur”.
QMİ rəsmisi bildirib ki, Ümrə ziyarəti üçün tələb edilən vəsaitin məbləği aşağı salınıb: “Qiymət ucuzlaşıb. Məsələn, keçən il Ümrə ziyarəti üçün ən aşağı qiymət 2 min dollardan çox idi. Hazırda qiymətlər otelə görə 1500 dollardan 2300 dollara qədər dəyişir. Yəni qiymətlər 500 dollardan da çox uzuclaşıb”.
QMİ rəsmisi əlavə edib ki, ziyarət ümumilikdə 9 gün çəkir: “QMİ ziyarətə Azərbaycan vətəndaşlarını və Azərbaycanda yaşamaq icazəsi olan əcnəbiləri göndərir”.