BAKI, 22 dekabr — Sputnik. Xəbər verdiyimiz kimi, "İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru Aleksandr Alekseyeviç İvanov (Saşa) beyninə qansızma nəticəsində dünən səhər saatlarında Moskva şəhərində dünyasını dəyişib. Sputnik Azərbaycan-ın əldə etdiyi xəbərə görə, o, Bakıda dəfn ediləcək.
Ölkə prezidenti dəfn məsələsinin həlli ilə bağlı göstəriş verib. Ancaq onun hansı qəbiristanlıqda dəfn olunacağı məsələsi hələlik dəqiqləşməyib. Əldə etdiyimiz məlumata görə, mərhum Bakıda anasının yanında dəfn edilməyi vəsiyyət edibmiş.
Xatırladaq ki, Aleksandr Alekseyeviç 1950-ci ilin 12 iyul tarixində Bakıda anadan olub. Uzun müddət SSRİ Dövlət Təhlükəsizlik Komitəsində işləyib. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin cangüdəni olub.
A.İvanov 2005-ci ilin avqust ayında "İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru təyin edilib.