BAKI, 22 dekabr — Sputnik. Belçikada yaşayan 92 yaşlı qadın Corcite Lepaul dinini dəyişərək İslama keçib. Sputnik Azərbaycan bu barədə "Timeturk"-ə istinadən xəbər verir.
Dinini dəyişən ən yaşlı insan olaraq tarixə keçən Lepaul hicab da taxıb. Ciddi marağa səbəb olan belçikalı qadının fotoşəkilləri sosial şəbəkələrdə minlərlə istifadəçi tərəfindən paylaşılıb.