Ərəb müşavir Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı

© AFP 2024 / ISHARA S. KODIKARABirləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah Bin Zayed
Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah Bin Zayed - Sputnik Azərbaycan
Abunə olmaq
Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Zayed “Twitter”də Osmanlı imperiyası dövründə Mədinəni ingilislərdən qoruyan Fəxrəddin Paşa haqda təxribatçı və uydurma status paylaşmışdı

BAKI, 22 dekabr — Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ankara Səfirliyinin müşaviri Havle əl Şəmsi Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Sputnik Azərbaycan bu barədə TRT-yə istinadən xəbər verir.

Müşavirə BƏƏ-nin xarici işlər naziri Abdullah Bin Zayedin, Fəxrəddin Paşa haqqında sosial şəbəkədə paylaşdığı ifadələrlə əlaqəli duyulan narahatlıq çatdırılıb. 

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Zayed “Twitter”də Osmanlı imperiyası dövründə Mədinəni ingilislərdən qoruyan Fəxrəddin Paşa haqda təxribatçı və uydurma status paylaşmışdı.

Xəbər lenti
0