Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Göyçayda nə baş verir?

© Photo : XeberfaktGöyçay şəhəri. Arxiv şəkli
Göyçay şəhəri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Göyçayda məktəb direktoru iş otağında infarkt keçirərək dünyasını dəyişib

BAKI, 22 dekabr — Sputnik. Göyçay rayonunda məktəb direktoru ürək tutmasından dünyasını dəyişib. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, rayonun Çayarxı kənd tam orta məktəbinin direktoru, 1954-cü il təvəllüdlü Mübariz Şamilov iş otağında infarkt keçirib.

Нож, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda məktəb direktoru intihara cəhd etdi

O, Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan direktor ikin tibbi yardımdan sonra müalicə üçün Bakı şəhərinə aparılsa da, orada dünyasını dəyişib. Məktəb direktoru Mübariz Şamilovun maddi cəhətdən sıxıntısının olduğu, bu səbəbdən də bir müddətdir, özünü narahat hiss etdiyi bildirilir.

Xatırladaq ki, dünən də Göyçayda məktəb direktoru ilə bağlı arzuolunmaz hadisə baş verib. Şəhər 9 saylı orta məktəbin direktoru damarını kəsərək özünə qəsd edib. Hadisə ötən gün axşam saat 21:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbdə baş verib.

Rayon sakini, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu rəhbərlik etdiyi şəhər 9 saylı orta məktəbin direktor otağında qolunun şah damarını kəsərək intihara cəhd göstərib. Çoxlu qan itirməsi səbəbindən huşunu itirərək yerə yıxılan Akif Qəribov təcili yardım stansiyasının avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Təcili əməliyyat olunan direktorun hazırda vəziyyəti ağır olaraq qalır. Hazırda o, reanimasiya şöbəsindədir.

Rayon sakinlərinin məlumatına görə, uzun illərdir, məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu və pulu verə bilmədiyi üçü özünə qəsd edib. Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0