BAKI, 22 dekabr — Sputnik. “Biz münasib vaxt yetişən kimi, heç bir təzyiqə baxmadan Fələstinin müstəqilliyini tanıyacağıq”. Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə Fələstin rəhbəri Mahmud Abbasla görüşündə deyib.
Makron ölkəsinin Fələstin-İsrail münaqişəsinin həllində “iki dövlətli həll” prinsipinə sadiq qaldığını bildirib.
Qeyd edək ki, Fransa dekabrın 21-də BMT Baş Assambleyasının Qüdsün İsrailin paytaxtı kimi tanınmaması barədə qətnamənin lehinə səs verən ölkələrdəndir.