BAKI, 22 dekabr — Sputnik. 2017-ci il gözlənildiyi kimi asan olmadı. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə politoloq Zaur Məmmədov deyib.
O bildirib ki, bu il Azərbaycan üçün xüsusən uğurlu il olub: "Bu il reallaşdırılan layihələr bir çox sahələrdə inkişafa təkan verəcək. Həmçinin bu il dünyada da çox vacib siyasi proseslər baş verdi. Yaxın Şərqdə gedən qanlı proseslər, dünyanın müxtəlif yerlərində baş qaldıran separatizm dalğası bu ilə öz damğasını vurdu".