Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Böyük layihə artıq Azərbaycana fayda verməyə başladı

© Photo : Пресс-служба АЖДBakı-Tbilisi-Qars dəmir yolu
Bakı-Tbilisi-Qars dəmir yolu - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanla Türkiyə arasında yüklərin nəqlini bütün şəhərlərdən həyata keçirmək mümkündür

BAKI, 22 dekabr — Sputnik. “ADY Express” şirkəti yeni istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşımalara başlayıb. Sputnik Azərbaycan-ın Trend-ə istinadən verdiyi məlumata görə, artıq Azərbaycanla Türkiyə arasında yükdaşımalara dair tariflər müəyyən edilib. Yük sahibləri və yükgöndərənlər həmin qiymətlərlə tanış olub sifarişlərini edə bilərlər.

“ADY Express” şirkəti “qapıdan-qapıya” yükdaşımaları xidməti təqdim etdiyindən, Azərbaycanla Türkiyə arasında yüklərin nəqlini bütün şəhərlərdən həyata keçirmək mümkündür.

Xəbər lenti
0