Vəlizadə: “Azərbaycan, İran və Türkiyə əməkdaşlığında siyasi maraqlar var”
Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub. Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan, İran və Türkiyə əməkdaşlığının özəyində siyasi, iqtisadi və humanitar faktorlar dayanır:
“Bu ölkələri birləşdirən siyasi, iqtisadi maraqlar var. Tərəflər müxtəlif məsələlərdə bir-birlərinin istəklərini nəzərə almağa çalışırlar”.