"Türk və amerikalı əsgərlər Suriyanı dərhal tərk eləsin"

© AP Photo / Alexander Kots/Komsomolskaya Pravda via APСолдаты сирийской армии в провинции Ракка, Сирия
Солдаты сирийской армии в провинции Ракка, Сирия - Sputnik Azərbaycan
Abunə olmaq
Bəşər Cəfəri: "Türkiyə terrorçuluğa dəstək verdi, sərhədlərini terrorçuların keçidi üçün açdı"

BAKI, 22 dekabr — Sputnik. Qazaxıstanın paytaxtı Astanada Suriya danışıqlarının səkkizinci turunda çıxış edən Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri, ABŞ və Türkiyədən ölkədəki əsgərlərini çıxarmasını istəyib. Sputnik Azərbaycan bu barədə "CNN Türk"-ə istinadən xəbər verir.

"Hökumətimiz ölkədəki türk hərbi varlığını təcavüzkarlıq olaraq qiymətləndirir. Türkiyə ilə yanaşı ABŞ əsgərləri də qeyd-şərtsiz dərhal Suriyanı tərk etməlidir" — Cəfəri bildirib.

"Türkiyə ilə aramızda dialoq yoxdur. Çünki onlar terrorçuluğa dəstək verdilər, sərhədlərini terrorçuların keçidi üçün açdılar" — suriyalı rəsmi əlavə edib.

Xəbər lenti
0