ABŞ BMT qətnaməsinin əleyhinə çıxan dövlətlərlə bağlı qərar verdi

CC0 / tpsdave / White HouseБелый дом, фото из архива
Белый дом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yanvarın 3-də təşkil olunacaq tədbir "ABŞ-la dostluqlarına görə təşəkkür" ziyafəti adlanır

BAKI, 22 dekabr — Sputnik. Amerika Birləşmiş Ştatları BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmaması haqqında qətnamənin əleyhinə səs verən, bitərəf qalan və səsvermədə iştirak etməyən dövlətlərin nümayəndələrinə Ağ Evdə xüsusi ziyafət verəcək. Sputnik Azərbaycan Fox-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley açıqlama verib.

Haley yanvarın 3-də təşkil olunacaq tədbiri "ABŞ-la dostluqlarına görə təşəkkür" ziyafəti adlandırıb.

Qeyd edək ki, BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib. Səsvermənin nəticələrinə əsasən, 128 dövlət sənədin lehinə, 9-u əleyhinə səs verib, 35 dövlət isə bitərəf qalıb.

Qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal adaları, Mikroneziya, Nauru, Palau, Toqo səs verib.

Зал Генассамблеи ООН, фото из архива - Sputnik Azərbaycan
BMT Qüds barədə tarixi qərar qəbul etdi

Azərbaycanla yanaşı, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 4-ü — Böyük Britaniya, Çin, Fransa və Rusiya, habelə dünyanın aparıcı dövlətlərindən Almaniya, İspaniya, Yaponiya, Belçika, İtaliya, Norveç də Qüdsün İsrailin paytaxtı kimi tanınmaması haqda qətnaməni dəstəkləyib. Gürcüstan, Ukrayna, Moldova da daxil olmaqla 21 ölkə səsvermədə iştirak etməyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl ölkəsinin BMT TŞ-nin qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağını bəyan etmişdi. Sənədə əsasən, müqəddəs Qüds şəhərinin statusu, demoqrafik tərkibi və xarakterinin dəyişdirilməsini nəzərdə tutan istənilən qərar və addımlar hüquqi qüvvəyə malik deyil və ləğv edilməlidir.

Qətnamə, həmçinin tələb edir ki, bütün dövlətlər BMT TŞ-nin qətnamələrinə zidd olan tədbir və addımları qəbul etməsinlər.

Xəbər lenti
0