CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəbəriniz olsun, bu gün axşam saatlarında...

© Sputnik / Shahperi AbbasovaŞəkidə vaxtsız yağan qar
Şəkidə vaxtsız yağan qar - Sputnik Azərbaycan
Abunə olmaq
Yer Qış Günəş duruşundan keçdikdən sonra günlər uzanacaq, gecələr qısalacaq

BAKI, 21 dekabr — Sputnik. Bu gün Azərbaycanda Bakı vaxtı ilə saat 20:27-də qış fəsli başlayacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu gün Yer Qış Günəş duruşu nöqtəsindən keçəcək. Bundan sonra Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış fəsli başlayacaq.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun Trend-ə verdiyi açıqlamaya görə, bundan sonra artıq günlər uzanmağa başlayacaq.

"Yer Qış Günəş duruşundan keçdikdən sonra günlər uzanacaq, gecələr qısalacaq. Dekabrın 21-i isə ilin ən qısa gündüzü və ən uzun gecəsi olacaq" — deyə o bildirib.

Xəbər lenti
0