"Tramp siyasətin zibilini çıxartdı"

© AP Photo / Petros GiannakourisTürkiyənin baş naziri Binəli Yıldırım
Türkiyənin baş naziri Binəli Yıldırım - Sputnik Azərbaycan
Abunə olmaq
Yıldırım Trampın BMT-dəki məlum səsvermədən öncə digər ölkə təmsilçilərini təhdid etməsini ən aşağı hərəkət kimi dəyərləndirib

BAKI, 21 dekabr — Sputnik. Türkiyənin baş naziri Binəli Yıldırım bu gün ABŞ-ın Qüdslə bağlı qərarına dair açıqlama verib. O, ABŞ prezidenti Donald Trampın BMT-dəki məlum səsverməsindən öncə digər ölkə təmsilçilərini təhdid etməsini ən aşağı hərəkət kimi dəyərləndirib. Bu barədə Sputnik Türkiyə məlumat yayıb.

"Tramp siyasətin zibilini çıxarıb. ABŞ özü əleyhinə qərar çıxacağını bildiyi üçün başqa ölkələri təhdid edəcək qədər alçalmış görünür. Onlara bir daha maliyyə yardımı ayırmayacağı ilə hədə gəlir. Hər dövlət müstəqil qərar vermə gücünə sahibdir" — Yıldırım qeyd edib.

 

Xəbər lenti
0