BAKI, 21 dekabr — Sputnik. Səudiyyə Ərəbistanı Qətər ilə yeganə quru sərhədi olan "Selva" sərhəd qapısını bağlayıb. Sputnik Azərbaycan "Akşam"a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistan rəhbərliyi dünən bu addımı atıb.
Səudiyyə Ərəbistanı rəhbərliyi Qətər ilə 5 iyunda başlayan diplomatik böhranın ardından "Selva" sərhəd qapısını 19 iyunda bağlamışdı, ancaq hacıların keçməsi üçün avqust ayında təkrar açmışdı. Sərhəd qapısı o gündən bəri humanitar vəziyyətlər üçün açıq saxlanılırdı.
Səudiyyə Ərəbistanı rəhbərliyindən məsələ ilə bağlı bir açıqlama verilməyib.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir rəhbərliklərinin 5 iyunda Qətər ilə bütün diplomatik əlaqələrini kəsmələri Körfəz regionunda böhrana yol açmışdı.