BAKI, 21 dekabr — Sputnik. Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Sputnik Azərbaycan "Washington Post"-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri Yəməndəki husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada atdığı ballistik raket hücumunu qınayıb:
"Bu raket hücumu ölkənizin təhlükəsizliyi və sabitliyinə açıq müdaxilədir və qəbuledilməzdir. ABŞ hər zaman olduğu kimi, bu gün də Səudiyyə Ərəbistanının yanında olacaq".
Salman və Tramp Yəməndəki husilərə raket təmin edən İran rejiminin Səudiyyə Ərəbistanı və bölgə təhlükəsizliyini təhdid edən hərəkətlərindən dolayı məsuliyyәt daşıdığını vurğulayıb.