Jurnalist oğlunun gözü qarşısında öldürüldü

CC0 / Skitterphoto / GunПистолет в руке, фото из архива
Пистолет в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qatil oğlunun Yeni il şənliyinə qatılan 35 yaşlı jurnalisti güllələyib

BAKI, 21 dekabr — Sputnik. Meksikanın Verakrus ştatında 35 yaşlı jurnalist Gumaro Perezi oğlunun gözü qarşısında güllələyiblər.

Sputnik Azərbaycan Reuters-ə istinadla xəbər verir ki, silahlı kişi Yeni il şənliyi zamanı Peresin altı yaşlı oğlunun sinfinə daxil olaraq orada olan jurnalistə 4 dəfə atəş açıb.

Qətlə yetirilmiş jurnalistin üzvü olduğu Jurnalistlər Assosiasiyası Perezin meyitinin ailəsinə verilməsini və baş vermiş cinayətlə bağlı istintaqın başlamasını gözləyir. Perez ölkədə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı araşdırma aparırmış.

"Sərhədsiz Reportyorlar" təşkilatının sonuncu hesabatına görə, Meksika jurnalistlərin işləməsi üçün ən təhlükəli ölkələrdən biri olaraq qalır. 2000-ci ildən bu yana ölkədə 111 KİV işçisi qətlə yetirilib. Onlardan 38-i 2012-ci ildə Enrike Penya Nyeto prezident olandan sonra öldürülüb.

Aprel ayında Meksikanın “El Norte” qəzeti ölkədə jurnalistlərin öldürülməsi ilə əlaqədar bağlanıb. Qəzetin baş redaktoru bildirib ki, vicdanlı jurnalistlərin belə ağır şərtlər altında işləməsi çox təhlükəlidir, qatillər isə cəzasız qalır.

Xəbər lenti
0