Möhtəşəm tədqiqat: Gecələr küçələri otlar və çiçəklər işıqlandıracaq

© Sputnik / Ismail RafigogluЦветы зизифуса
Цветы зизифуса - Sputnik Azərbaycan
Abunə olmaq
Massaçusets Texnologiya Universitetinin mütəxəssisləri otlardan və güllərdən "Lampa" kimi istifadəyə imkan verən kəşfə imza atıblar

BAKI, 21 dekabr — Sputnik. Məlumdur ki, bir sıra orqanizmlər qaranlıqda işıq saçmaq qabiliyyətinə malikdirlər. Amma onlar küçələri işıqlandıracaq qədər parlaq işıq saçmağa qadir deyillər.

Massaçusets Texnologiya Universitetinin mütəxəssisləri otlardan və güllərdən "Lampa" kimi istifadəyə imkan verən yeni yanaşma təklif ediblər.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, alimlər kimyəvi reaksiya zamanı işıqlanma yaradan xüsusi reagentlər hazırlayıblar.

Tədqiqatçılar tərəfindən silisium və üzvi polimerlər əsasında nanohissəciklər yaradılaraq ot və yarpaqların toxumalarına xüsusi piqment və ferment "kokteyli" yeridilib. Bu zaman işıq şəklində enerji ayrılması ilə nəticələnən kimyəvi reaksiya baş verib. Əgər ilkin nümunələr nisbətən zəif işıq saçsalar da, reaksiya 45 dəqiqə davam edib. Sonuncu reaksiya isə effektiv olub və alimlər 3,5 saat ərzində sönməyən nisbətən parlaq işıq əldə etməyə nail olublar.

Gələcəkdə tədqiqatçılar öz texnologiyalarını modifikasiya edərək effektivliyini artırmaq niyyətindədirlər. Mütəxəssislərin fikrincə, onların ixtirası insanlar tərəfindən istehlak olunan elektrik enerjisini 20 faizə qədər azaltmağa imkan verəcək.

Mütəxəssislər öz tədqiqatlarını "Nano Letters" elmi nəşrində yayımlayıblar.

Xəbər lenti
0