BAKI, 21 dekabr — Sputnik. Şimali Koreyadan qaçan bir nəfər əsgər sərhədi keçərək Cənubi Koreyaya sığınıb. Sputnik xəbər verir ki, əsgər dumanlı hava şəraitindən yararlandıqdan sonra öz postunu tərk edərək nəzarət-keçid məntəqəsini maneəsiz keçə bilib.
Məlumatı Cənubi Koreyanın Baş Qərargahı yayıb.
Xatırladaq ki, ötən ay da KXDR hərbçisi oxşar addım ataraq Cənubi Koreya ərazisinə keçmişdi. Arxadan atəşə tutulan əsgər yaralandıqdan sonra xəstəxanaya çatdırılmışdı.