Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Azercell" rezonans doğuran xəbərə münasibət bildirdi

CC0 / niekverlaan / phoneMobil telefonla ödəmə sistemi
Mobil telefonla ödəmə sistemi - Sputnik Azərbaycan
Abunə olmaq
"Azercell Telekom" MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməyib"

BAKI, 21 dekabr — Sputnik. Xəbər verdiyimiz kimi, ictimai fəal Bəxtiyar Hacıyev "Azercell" şirkətinin rəhbərliyinə qarşı qeyri-adi etiraz addımı atıb. Bəxtiyar Hacıyev "Azercell" şirkətinin vahid tarif etmədiyini və Belçikada rominq qiymətlərinin çox baha olduğunu səbəb göstərərək etiraz edib.

Azercell-in baş ofisi - Sputnik Azərbaycan
HADİSƏ
"Azercell"in rəhbərinə qarşı şok addım

"Azercell" şirkəti Sputnik Azərbaycan-ın məsələ ilə bağlı sorğusuna cavab verib. Şirkətin cavabını olduğu kimi təqdim edirik:

"Qeyd etdiyiniz məsələ ilə bağlı əlaqədar aparılmış əməliyyatlarda, həmçinin zənglərin müddətləri və digər xidmətlərdən istifadəyə əsasən dəyərin hesablanmasında "Azercell Telekom" MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir. Abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin şərtlərinə əsasən zənglərin müddətləri isə hesablanarkən cavab siqnalı və zəngi qəbul edən nömrədə göstərilən xidmətlərdən (faks, nömrəni avtomatik müəyyən edən cihazlar, Abunəçi olmadıqda onu əvəz edən və məlumatın ötürülməsini təmin edən qurğular, avtomatik cavab qurğusu ilə təchiz edilmiş avadanlıqlar, məlumatı ötürən aparatlar və ya xidmətlər-modem, sms ismarışları mərkəzi, wap-poçt, səsli poçt terminalı və s.) asılı olaraq, rabitə əlaqəsi yaranmış hesab ediləcək və müvafiq xidmət haqqı hesablanmağa başlayacaqdır.

Hazırda qüvvədə olan tariflərə əsasən rominq xidməti çərçivəsində Belçikanın "Proximus" (Belgacom) operatorunun şəbəkəsində ölkədaxili istiqamətlərə zəng 4,2 manat, Azərbaycan istiqamətində zəng 17,90 manat, digər istiqamətlərdə zəng isə 18,2 manat (hesablama intervalı 60 saniyə təşkil edir) xidmət haqqı hesablanır. "Azercell Telekom" MMC telekommunikasiya xidmətlərini həyata keçirməklə, müqavilə şərtlərinə uyğun olaraq abunəçiyə nömrəni istifadəyə verir, rabitə xəttini açaraq ona xidmət göstərir, xidmət sonlandırılır və bu xidmətin müqabilində xidmət haqqı hesablayır.

"Azercell Telekom" MMC tərəfindən təqdim etdiyi telekommunikasiya xidmətlərindən istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə dair, həmçinin rominq xidmətindən istifadə zamanı müvafiq ölkədə fəaliyyət göstərən operatorlarda mövcud tariflərə dair abunəçi müraciəti olmadan məlumat verməyi üzərinə öhdəlik götürməyib. Abunəçilərə nömrədən zənglər həyata keçirərkən, sms sorğular göndərərkən diqqətli olmağı, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmağı, istifadə etmək istənilən xidmətin yığım qaydalarına dəqiq riayət etmək, həmçinin rominqdən istifadə edərkən müvafiq cihazda şəbəkə seçilməsini qeyri-avtomatik üsulla sazlanması tövsiyə edilir. Abunəçilər "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, hazırda qüvvədə olan tariflər, keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Hər hansı abunəçinin, 3-cü şəxsin müraciətinə baxılamaması, vaxtında cavablanmamağı, süründürməçiliyə yol verilməsi ilə bağlı, o cümlədən nömrədən göstərilməmiş xidmətə görə məbləğ silinməsi ilə bağlı irad və qeydlər həqiqətə uyğun deyil və əgər belə hala yol verilməsi faktları mövcuddursa aidiyyəti üzrə baxılması, araşdırılaraq cavablandırılması və müvafiq tədbirlər görülməsi üçün "Azercell Telekom" MMC-yə təqdim etməyinizi xahiş edirik".

Qeyd edək ki, Bəxtiyar Hacıyev "Azercell" şirkətinə etiraz etməsi barədə sosial şəbəkədə məlumat vermişdi: "Bütün Avropada ortalama 1.5 AZN-lik tarifləri olduğu halda, Belçikada vahid tarif etməyərək, 18 AZN-lik saziş imzalayaraq, zəng çatmayan nömrəyə zəng cəhdinə 18 AZN çıxdıqlarına görə, "Azercell"-in prezidenti Vahid Mürsəlova 18 ədəd Çin istehsalı qoruyucu göndərdim. Bütün narazı müştərilər adından qəbul etməsini rica edirəm".

Xəbər lenti
0