BAKI, 21 dekabr — Sputnik. Avstraliyada naməlum şəxs avtomobili piyadaların üstünə sürüb. Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir ki, hadisə Melburn şəhərində qeydə alınıb. İnsident zamanı 19 nəfər yaralanıb.
Polis hadisənin terror aktı olduğunu bildirib. Yaralıların xəstəxanaya aparıldığı, başından yaralanan uşağın vəziyyətinin ağır olduğu qeyd edilib.