Trampın "Kovboy" diplomatiyası: Rəsmən hədələməyə başladılar

© AP Photo / Andrew HarnikВыступление президента США Дональда Трампа
Выступление президента США Дональда Трампа - Sputnik Azərbaycan
Abunə olmaq
Nikki Haleyin Fransa və İngiltərədən olan diplomat dostları təhdidlərə baxmayaraq, sabahki səsvermədə ABŞ və İsrail əleyhinə səs verəcəklərini bildiriblər

BAKI, 21 dekabr — Sputnik. Dekabrın 21-də BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında Qüdslə bağlı səsvermə keçiriləcək.

Ağ Ev rəhbəri Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsinə cavab xarakteri daşıyan səsvermə öncəsi ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, xarici ölkə diplomatlarına təhdid dolu mesajlar yazıb.

Sputnik Azərbaycan xəbər verir ki, həmin mesajları Amerikanın dünyaca məşhur "Foreign Policy" jurnalı ələ keçirib.

Xanım Haley, sabahki səsvermədə iştirak edəcək xarici diplomatlara "Donald Tramp ABŞ əleyhinə veriləcək hər bir səsi qeydə almağımızı tapşırıb. Bilməyinizi istəyirəm ki, Tramp Qüds mövzusuna şəxsi məsələsi kimi baxır. Ona görə də, hansı dövlət nə cür qərar versə, Amerika bunu bir kənara yazacaq" – deyə mesaj atıb.

Amerikalı daimi təmsilçinin təhdidvari mesajına artıq ilk reaksiyalar gəlməyə başlayıb. Nikki Haleyin Fransa və İngiltərədən olan diplomat dostları təhdidlərə baxmayaraq, sabahki səsvermədə ABŞ və İsrail əleyhinə səs verəcəklərini bildiriblər.

"Bu, açıq-aşkar Kovboy diplomatiyasıdır, siyasi teatrdır. Artıq sizinlə dostluğumuz bitdi Haley. Dostunuz deyilik" – xarici ölkə təmsilçiləri qeyd ediblər.

Xəbər lenti
0