BAKI, 20 dekabr — Sputnik. Türkiyəli məşhur ifaçı və aktyor Əmrah Ərdoğan botoks etdirib. Sputnik Azərbaycan bu barədə "Haberler"-ə istinadən xəbər verir.
ATV-də yayımlanan "Aşk ve Mavi" serialının baş rol ifaçısı Əmrah Ərdoğan kanalın təşkil etdiyi yeni il şənliyində iştirak edib. Əmrah gecəyə xanımı Sibel Ərdoğanla birlikdə qatılıb.
Yaşlı görünməmək üçün botoks etdirən müğənni qınağa səbəb olub. Sosial şəbəkə istifadəçiləri Əmrahı yüngül hərəkətləri ilə tanınan şoumen Kuşum Aydına bənzədiblər.