CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qusarda tapılan çürümüş meyitin kimə məxsus olduğu bilindi

CC0 / Free-Photos / PathwayЛесная тропинка, фото из архива
Лесная тропинка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ölən şəxsin Bakı şəhər sakini, 59 yaşlı Mirvahid Musəvi olduğu müəyyənləşib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 20 dekabr — Sputnik. Qusar rayonun Mucuq kəndi ərazisindəki meşə massivində tapılan meyitin kimə məxsus olduğu məlum olub.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, Qusar rayon polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxsin Bakı şəhər sakini, 59 yaşlı Mirvahid Musəvi olduğu müəyyənləşib.

Məlumata görə, M.Musəvi may ayında evindən çıxıb, bir daha evə qayıtmayıb. Ailəsinin polisə müraciətindən sonra o, itkin düşən şəxs kimi axtarılıb.

Hazırda Qusar rayon Prokurorluğunda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0