SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev xarici qonaqları qəbul edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev ABŞ-ın Etnik Anlaşma Fondunun prezidentini qəbul edib
Prezident İlham Əliyev ABŞ-ın Etnik Anlaşma Fondunun prezidentini qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan prezidenti ABŞ Etnik Anlaşma Fondunun prezidenti və IBM Global Market korporasiyasının baş vitse-prezidenti ilə görüşüb

BAKI, 20 dekabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidenti, ravvin Mark Şnayeri qəbul edib.

Sputnik Azərbaycan dövlət başçısının saytına istinadən xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin Nyu-York şəhərində ABŞ Etnik Anlaşma Fondunun prezidenti, ravvin Mark Şnayerlə görüşü məmnunluqla xatırlanıb.

İlham Əliyev Türkiyənin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
İlham Əliyev Mövlud Çavuşoğlu ilə görüşüb

Görüşdə Bakıda keçiriləcək “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” beynəlxalq konfransının müxtəlif xalqların və millətlərin bir-birinə daha da yaxınlaşması və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycanda multikulturalizmin dövlət siyasətinin prioritet sahələrindən biri olduğu bildirilib, bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının ölkəmizdə dostluq şəraitində birgə yaşadığı məmnunluqla qeyd edilib.

Görüşdə, həmçinin Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.

Prezident İlham Əliyev IBM Global Market korporasiyasının baş vitse-prezidenti Erik Klementini də qəbul edib.

© Official website of President of Azerbaijan RepublicAzərbaycan prezidenti İlham Əliyev “IBM Global Market” şirkətinin baş vitse-prezidentini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev “IBM Global Market” şirkətinin baş vitse-prezidentini qəbul edib - Sputnik Azərbaycan
Azərbaycan prezidenti İlham Əliyev “IBM Global Market” şirkətinin baş vitse-prezidentini qəbul edib

Erik Klementi təmsil etdiyi şirkətlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında yaxşı əməkdaşlığın həyata keçirildiyini deyib. O, bu səfəri zamanı Azərbaycanla əməkdaşlığın perspektivlərinin müzakirə edildiyini qeyd edərək, IBM şirkətinin ölkəmizlə uzunmüddətli əlaqələr qurmaqda maraqlı olduğunu vurğulayıb.

Dövlətimizin başçısı IBM şirkətinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların olduğunu qeyd edib. Prezident İlham Əliyev ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sektorunun prioritet təşkil etdiyini vurğulayaraq, bu sahədə artıq böyük nailiyyətlərin əldə olunduğunu deyib. Bu yaxınlarda Azərbaycanda “Bakutel-2017” sərgisinin keçirildiyini deyən dövlətimizin başçısı sərgini beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmli tədbir kimi dəyərləndirib. Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz böyük iqtisadi potensiala və perspektivlərə malikdir və xarici şirkətlərin fəaliyyəti üçün çox cazibədardır. Dövlətimizin başçısı IBM şirkəti ilə Azərbaycan arasında gələcəkdə uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti
0