BAKI, 20 dekabr — Sputnik. Kəpəz (Gəncə) və Daşkəsən rayon polis şöbələrinin rəisləri vəzifələrindən azad edilib.
Sputnik Azərbaycan "Report"a istinadən məlumat verir ki, daxili işlər naziri Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.
Nazirin digər əmri ilə Daşkəsən Rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasov vəzifəsindən azad edilərək Ağsu Rayon Polis Şöbəsinə, Gəncə şəhərinin Kəpəz Rayon Polis Şöbəsinin rəisi Azər Tağıyev isə vəzifəsindən azad edilərək Saatlı Rayon Polis Şöbəsinə rəis təyin edilib.
Hər iki rayonun polis şöbəsinə hələlik yeni təyinat yoxdur.