BAKI, 20 dekabr — Sputnik. Lənkəran sakini Azər Mehdiyev 2.755 kq həşiş qətranı ilə Astara RPŞ-nin əməkdaşları tərəfindən tutulub. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Lənkəran Ragional Qrupundan məlumat verilib.
Məlumatda bildirilir ki, A.Mehdiyev narkotik vasitəni İran İslam Respublikasının adı hələlik istintaqa məlum olmayan vətəndaşından qaçaqmalçılıq yolu ilə əldə edib.
A.Mehdiyev Astaranın Şahağacı kəndi ərazisində saxlanılıb və üzərində 4 bükümdə həşiş qətranı aşkar edilib. Saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3 maddələri ilə cinayət işi açılıb.
Saxlanılan şəxs barəsində Astara Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətiimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.