BAKI, 20 dekabr — Sputnik. Bakıda ər həyat yoldaşının boğzanı kəsərək onu qətlə yetirib. Sputnik Azərbaycan report-a istinadla xəbər verir ki, Binəqədi qəsəbəsi, 3-cü mədən 124-cü korpus ərazisindəki həyət evində 1965-ci il təvəllüdlü Çəltikov Rasim Qara oğlu həyat yoldaşı, 1967-ci ildə anadan olmuş Çəltikova Arifə Hüseyn qızının boğazını kəsib. Qadın hadisə yerində ölüb.
Həyat yoldaşını qətlər yetirdikdən sonra Rasim Çəltikov ölkədən qaçmaq istəyib. Lakin o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Qusar rayon "Yalama" keçid məntəqəsində Rusiya Federasiyasına qaçmaq istəyərkən saxlanılıb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.