Türkiyə ABŞ-ın viza qadağasına cavab verdi

© REUTERS / Jonathan ErnstABŞ vizası, arxiv şəkli
ABŞ vizası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rəcəb Akdağ: "Ağ Evin hazırki administrasiyasının mövqeyi ABŞ vətəndaşlarının işini daha da çətinləşdirir"

BAKI, 20 dekabr — Sputnik. Türkiyə baş nazirinin müavini Rəcəb Akdağ ABŞ-ın Türkiyə vətəndaşlarına qarşı tətbiq etdiyi viza məhdudiyyətinə cavab verib.

Sputnik Azərbaycan bu barədə "Milliyet"-ə istinadən xəbər verir.

"Biz də onlara eyni qarşılığı verəcəyik. ABŞ vətəndaşlarına müəyyən limitlər qoyulacaq" — deyə R.Akdağ bildirib.

"Problem bu cür davam edə bilməz. Vətəndaşların işini asanlaşdırmaq lazımdır. Ağ Evin hazırkı administrasiyasının mövqeyi ABŞ vətəndaşlarının işini daha da çətinləşdirir. Biz də cavab olaraq qarşılıqlı limitlər qoyuruq" — Türkiyə rəsmisi deyib.

Xəbər lenti
0