CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı qız "yeddinci hiss"ini kəşf edib

© Sputnik / Ilham MustafayevGülçin Muradova
Gülçin Muradova - Sputnik Azərbaycan
Abunə olmaq
"Onlar deyilən hər yalanı asanlıqla hiss edə, aşkarlaya bilərlər"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 19 dekabr — Sputnik. Avstraliyalı professor Devid Con Outs tərsinə danışmağı və başa düşməyi insanın "yeddinci hiss"-ni kəşf etməsi kimi dəyərləndirir. O, 20 ildən artıq apardığı araşdırmaların nəticəsi olaraq iddia edir ki, eşitdiklərini tərsinə çevirməyi və analiz etməyi bacaran insanlar deyilən hər yalanı asanlıqla hiss edib aşkara çıxara bilərlər.

Ölkəmizdə də Con Outsun dəyərləndirməsi ilə "yeddinci hiss"i kəşf edən insanlar yaşayır. Bunlardan biri də Ağstafa rayon Qarahəsənli kənd sakini 14 yaşlı Gülçin Muradovadır.

© Sputnik / Ilham MustafayevAğstafanın Qarahəsənli kənd sakini 14 yaşlı Gülçin Muradova tərsinə həm oxuya, həm də yaza bilir
Ağstafanın Qarahəsənli kənd sakini 14 yaşlı Gülçin Muradova tərsinə həm oxuya, həm də yaza bilir - Sputnik Azərbaycan
Ağstafanın Qarahəsənli kənd sakini 14 yaşlı Gülçin Muradova tərsinə həm oxuya, həm də yaza bilir

9-cu sinif şagirdi olan Gülçin fərqli istedada — tərsinə oxumaq və danışmaq bacarığına malikdir. Məktəbli bu istedadı bir il olar özündə aşkarlayıb. Televiziya verilişlərinin birində tərsinə danışanları gördükdən sonra bunun bir istedad olduğunu anlayıb və gizli saxladığı bacarığını üzə çıxarıb.

İstedadı barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Gülçin yaxınlarının əvvəl ona inanmadıqlarını bildirib: "Heç özüm də bilmədən sözləri beynimdə tərsinə çevirirdim. Bunu bacardığımı deyəndə, əvvəl heç kim mənə inanmaq istəmirdi. Yoxlamaq üçün sözlər, cümlələr yazıb, tərsinə oxutdurduqdan sonra inanırdılar".

Heç bir xüsusi hazırlıq görmədən tərsinə danışmağı bacaran Gülçin kitabı tərsdən oxuyaraq yazılanları anlaya bildiyini deyir. Bundan başqa, o, sevdiyi mahnıları da tərsdən oxuyaraq zümzümə edir. Hətta bilmədiyi ingilis və rus dilində olan sözləri də eşitdikdən sonra dərhal əksini tələffüz etməyi bacarır.

© Sputnik / Ilham MustafayevDəqiq fənlərə üstünlük verən Gülçin gələcəkdə riyaziyyat müəllimi olmaq arzusundadır
Dəqiq fənlərə üstünlük verən Gülçin gələcəkdə riyaziyyat müəllimi olmaq arzusundadır  - Sputnik Azərbaycan
Dəqiq fənlərə üstünlük verən Gülçin gələcəkdə riyaziyyat müəllimi olmaq arzusundadır

Gülçinin istedadı barədə danışan atası Ramil Muradov qızının qabiliyyətinə dəstək olmağa çalışdığını deyib: "Gülçin utancaq olduğundan bu bacarığını gizlədirdi. Evdəkilər mənə deyəndə, sınamaq qərarına gəldim. Bir neçə söz soruşdum, tərsinə çevirdi. Gördüm ki, həqiqətən istedadı var, mane olmadım. Hərdən rastıma çıxan çətin sözlər, adlar soruşuram, fikirləşmədən tərsinə çevirir".

Tərsinə danışma istedadının dərslərinə mane olmadığını deyən Gülçin, əsasən, dəqiq fənlərə üstünlük verir. Ən böyük arzusu isə gələcəkdə riyaziyyat müəllimi olmaqdır.

Xəbər lenti
0